Müəllif:Mehin Qasımova/Banco.az
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və investorların qlobal iqtisadiyyat üçün nəticələri ilə bağlı narahatlıqları fonunda Yaponiyada qızıl qiymətləri yeni rekorda imza atıb.
Banco.az xəbər verir ki, Osaka Əmtəə Birjasında 2024-cü ilin avqustunda çatdırılma üçün qızıl fyuçerslərinin dəyəri bahalaşaraq qramı üçün 9 262 yen (62 dollar) olmaqla rekord həddə çatıb.
Eyni zamanda, Yaponiyanın ən böyük qiymətli metal istehsalçılarından və pərakəndə satıcılarından biri olan Tanaka Kikinzoku qızılın 1 qramının pərakəndə satış qiymətini 10 105 yen (68,5 dollar) səviyyəsində müəyyən edib.
Yaxın Şərqdəki vəziyyət Tokio Fond Birjasında da investorların narahatlığına səbəb olur.Burada ölkənin 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları əks etdirən əsas Nikkei indeksi ticarət zamanı 2,18% azalıb.
Ekspertlərin fikrincə, investorların pessimist əhval-ruhiyyəsi Yaxın Şərqdəki vəziyyət və qlobal iqtisadiyyata təsir edə biləcək münaqişənin daha da genişlənməsi qorxusu ilə bağlıdır. Bu halda gələcəkdə kotirovkaların azalması daha da nəzərə çarpacaq.Çünki xüsusilə neft tədarükünün sabitliyi risk altında olacaq.
Qeyd edək ki, Yaponiya bütün idxal olunan neftin təxminən 90%-ni Yaxın Şərq regionundan alır.
Bizi sosial şəbəkələrdən izləyin!!