Müəllif:Mehin Qasımova, Banco.az
Yaxın Şərqdə artan gərginlik fonunda çərşənbə axşamı neftin qiyməti qalxır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 71,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,22 dollar (0,31%) çoxdur. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,49 dollar (0,7%) artaraq 71,07 dollar olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,18 dollar (0,27%) artaraq bir barelə görə 67,55 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,46 dollar (0,7%) artaraq bir barel üçün 67,37 dollar təşkil edib.