Müəllif - Aida İsaq, Banco.az
Çin 2025-ci ilə qədər ölkədə robotların fəliyyət dairəsini genişləndirməyi hədəfləyir.
Banco.az xəbər verir ki, Çinin sənaye və informasiya texnologiyaları nazirliyi ölkədə robotların istifadəsiylə bağlı fəaliyyət planını açıqlayıb. Qurum müvafiq sektorda nəzərəçarpacaq irəliləyişlərin olacağını proqnozlaşdırır. Bildirilir ki, bununla da, robotların ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində rolu artacaq.
Qeyd olunur ki, sözügedən fəaliyyət planına əsasən, istehsal sənayesi, kənd təsərrüfatı, memarlıq, enerji istehsalı, kommersiya logistikası, səhiyyə xidmətləri, yaşlılara qayğı, təhsil, alış-veriş xidmətləri və s. kimi sahələrdə robotlardan istifadənin intensivləşdirilməsi inkişafı daha da stimullaşdıracaq. Bununla bağlı müxtəlif layihə modelləri və təklifləri də hazırlanaraq fəaliyyət planına daxil edilib. Eyni zamanda robotlardan istifadə səbəbindən işini itirəcək işçilərin işə qəbul prosesləri də tənzimlənəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!