Yaponiyanın texnologiya nəhəngi öz süni intellekt modelini təqdim edəcək | Banco.az

Yaponiyanın texnologiya nəhəngi öz süni intellekt modelini təqdim edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiya texnologiya nəhəngi "Rakuten" öz süni intellekt (AI) modelini təqdim etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Hiroşi Mikitani  bildirib.

Mikitani bildirib ki, şirkət bankçılıqdan elektron ticarətə, telekommunikasiyaya qədər geniş çeşidli biznesləri sayəsində  öz modelini öyrətmək üçün əhəmiyyətli miqdarda unikal məlumatlardan istifadə edə biləcək.

"Heç kim belə bir məlumat toplusuna malik deyil"-, deyə  menecer qeyd edib.

Məlumata görə, "Rakuten" əvvəlcə öz əməliyyat səmərəliliyini artırmaq, marketinqi optimallaşdırmaq üçün süni intellekt modelindən istifadə etmək və  daha sonra onu digər şirkətlərə təqdim etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

"Rakuten" yaxın bir neçə ay ərzində bu model haqqında rəsmi açıqlama verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et