Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 600 min barel azalaraq 423,4 milyon barelə düşdüyünü açıqlayıb.
Ölkənin kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 400 min barel azalaraq 285 milyon barelə düşüb.
Bu dövrdə ABŞ-ın benzin ehtiyatları 800 min barel artaraq ümumilikdə 207,7 milyon barelə çatıb.
ABŞ-ın gündəlik xam neft hasilatı 5-11 sentyabr həftəsində 3000 barel azalaraq 13.944 min barelə düşüb.
Digər tərəfdən, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 234 min barel artaraq 7 milyon 58 min barelə, xam neft ixracı isə gündə 1 milyon 414 min barel artaraq 4 milyon 831 min barelə çatıb.
