Yaponiyanın kənd təsərrüfatı, meşə və dəniz məhsulları ixracı artıb | Banco.az

Yaponiyanın kənd təsərrüfatı, meşə və dəniz məhsulları ixracı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın kənd və meşə təsərrüfatı, dəniz məhsulları ixracı 2022-ci ildə 1,4 trilyon yenə çatıb.

Banco.az xəbər verir ki, Yaponiyanın Kənd və Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi 2022-ci ilin yanvar-dekabr ayları üzrə ixrac məlumatlarını açıqlayıb.

Məlumata görə, əvvəlki illə müqayisədə ixrac göstəricisi 14,3 faiz artıb və 12 aylıq kənd təsərrüfatı, meşə təsərrüfatı və dəniz məhsulları ixracı 1,4 trilyon yen (təxminən 10,9 milyard dollar) olaraq qeydə alınıb. Bu artımda qlobal miqyasda Kovid-19 məhdudiyyətlərinin yumşaldılması ilə iqtisadiyyatın normallaşması və ölkə valyutası olan yenin məzənnəsinin ucuzlaşması mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Yaponiyanın bu sahələr üzrə ixracı indiyədək görülən ən yüksək səviyyəyə çatıb. İxrac tempinin son 10 ildə artmaqda davam etdiyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et