Yaponiyanın iqtisadiyyat naziri istefa verib | Banco.az

Yaponiyanın iqtisadiyyat naziri istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın İqtisadiyyat naziri Daişiro Yamaqiva Birləşdirici Kilsə ilə əlaqələrinə görə istefa verib.

Banco.az xəbər verir ki, Daişiro Yamaqiva Baş nazir Fumio Kişida vəzifəyə gəldikdən sonra hökumətdən istefa verən ilk məmurdur.

Yamaqivanın istefasının seçicilərin Baş nazirə inamını itirməsinə səbəb olacağı gözlənilsə də, o, qeyri-qanuni heç nə etmədiyi üçün deputat vəzifəsindən istefa verməyəcəyini bildirib.

Xatırladaq ki, 1950-ci illərdə Cənubi Koreyada qurulan Birləşdirici Kilsə iyunun 8-də keçmiş baş nazir Şinzo Abenin öldürülməsindən sonra gündəmə gəlmiş, Liberal Demokrat Partiyası (LDP) üzvlərinin təxminən yarısının Birləşdirici Kilsə ilə əlaqəsi olduğu aşkar edildikdən sonra isə seçicilərin Kişida və onun hökumətinə etimadı azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et