Yaponiyada 50 min videokamera DDoS hücum üçün server rolunda olmuş - Çox təhlükəli | Banco.az

Yaponiyada 50 min videokamera DDoS hücum üçün server rolunda olmuş - Çox təhlükəli

Dr.Web antivirus proqram təminatı istehsalçısının baş direktoru Boris Şarov Rusiya KİV-lərinə bu gün verdiyi müsahibədə bildirmişdir ki, vendorun ekspertləri Yaponiyada pis niyyətli insanların, kompüter dələduzlarının DDoS hücumunun təşkili məqsədilə 50 min videokameradan server kimi istifadə etdiyini bəyan etmişdir. O indicə DDoS hücumunun təşkil edildiyi 50 min ünvanın Yaponiyada aşkarlandığını bildirmiş və data məlumatını təqdim etdiyini qeyd etmişdir. DDoS hücumunun təşkil edildiyi videokameralar LİNUX virusunayoluxmuşlar. Bu MİRAİ yapon adlı bot net olmuş və bütün dünyadakı kompüterlərə DDoS hücumları təşkil etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

“Cənab Şarovun sözlərinə görə bəzən insanlar rabitə texnologiyalarını evlərinə, müqəddəsdən müqəddəs yerlərə, yumşaq formada desək vanna otağına buraxırlar. İndi bir çox əşyalar interneti avadanlıqları məsuliyyətsiz istehsalçılar tərəfindən hazırlanır və onlar hakerlər üçün asan şikara çevrilir ki, hakerlərdə bundan DDoS hücumunun təşkili üçün istifadə edirlər. Məsələn, evdə ağıllı kameralar, lampalar və termometrləri idarə edən zəif, pis mühafizə olunan kompüter bu virusa yoluxmaqla kompüter dələduzuna evin böyük təsərrüfatına daxil olmasına şərait yaradır. Bu haqda Dr. Webin baş direktoru söyləmişdir”.

digitalazerbaijan.az