Yaponiya Vizası. Yaponiyaya necə viza almaq olar? | Banco.az

Yaponiya Vizası. Yaponiyaya necə viza almaq olar?

Bu gün sizə Yaponiya Vizası barədə yazacam. Bu barədə bir neçə post açmağıma baxmayaraq, visa prosseduru barədə dolğun məlumat ala bilməmişdim. Qeyd edim ki, Yaponiya turist vizası Azərbaycan vətəndaşları üçün pulsuzdur. Müraciətdən qabaq lazımlı sənədlərin siyahısını E-Mail vasitəsi ilə səfirlikdən dəqiqləşdirdim.

  • 2 ədəd viza ərizə forması ( https://www.az.emb-japan.go.jp/uplo…/pdf/visaapplication.pdf )
  • 2 foto şəkil 4.5x4.5 (rəngli ağ fonda)
  • Xarici Pasport
  • Bankdan Arayış (2500+)
  • Yaponiyada Səyahət Proqramı (googledə hazırlaya bilərsiniz)
  • Təyyarə Bileti Bronunun Təsdiqi (bron)
  • Otel Bronunun Təsdiqi (Sadəcə bron)
  • İş yerindən arayış (istəyə bağlı)

Səfirliyin saytından gün seçməyə ehtiyyac yoxdur. Lazım olan sənədləri topladıqdan sonra səfirliyə yaxınaşıb sənədlərinizi təqdim edə bilərsiniz. Qeyd edim ki, Yaponiya səfirliyi gördüyüm ən pozitiv səfirlikdir. Çox mehribandırlar. Sənədlər təqdim edildikdən beş gün sonra vizam artıq məndə idi 

Ən sərfəli kredit üçün müraciət et

Müəllif: Orxan Məmmədov

Ən sərfəli krediti almaq üçün müraciət et