Yaponiya və Danimarka dəniz külək enerjisi sahəsində əməkdaşlığa başlayıb | Banco.az

Yaponiya və Danimarka dəniz külək enerjisi sahəsində əməkdaşlığa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya və Danimarka hökumətləri dəniz külək enerjisi istehsalı sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Banco.az xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen paytaxt Tokioya səfəri zamanı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi ilə ikitərəfli əlaqələri müzakirə edib.

Yaponiya hökumətinin bəyanatına görə, Frederiksen və Nişimura görüş zamanı iki ölkə arasında dənizdə külək enerjisi istehsalı sahəsində texniki əməkdaşlığı ehtiva edən anlaşma memorandumu imzalayıb.

Bu çərçivədə dəniz külək enerjisi üçün AR-GE layihələrini təşviq edəcək Yaponiya və Danimarka işgüzar sfera, bürokratiya və akademik sahələrdə kadr mübadiləsi aparmağı hədəfləyir.

Həmçinin bildirilib ki, Yaponiya Danimarkanın Energetika Nazirliyi ilə hidrogen və ammonyak üzrə dayanıqlı və sərfəli tədarük zəncirinin yaradılması üçün hərtərəfli anlaşma memorandumu imzalayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram