Yaponiya "Saxalin-1" layihəsində iştirak etməyə qərar verib | Banco.az

Yaponiya "Saxalin-1" layihəsində iştirak etməyə qərar verib

Müəllif - Aida İsaq. Banco.az

Yaponiya Rusiyanın "Saxalin-1" layihəsinin icrasında iştirak etməyə davam edəcək.

Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura açıqlama verib. Onun sözlərinə görə, Yaponiya neftinin idxalının 95 faizi Yaxın Şərqdən gəlir. Buna görə də, layihə Yaponiyanın enerji təhlükəsizliyinin təmin edilməsində və idxalın şaxələndirilməsində mühüm rol oynayır.

Layihədə iştirak edən "Itochu"şirkətinin rəhbəri Masahiro Okafuji ölkəsinin Rusiyadan neft və qaz almağa davam etməli olduğunun vacibliyini təsdiqləyib.

Oktyabrın əvvəlində Yaponiyanın baş naziri Fumio Kişida da həmçinin "Saxalin-1" və "Saxalin-2" layihələrinin ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Rusiyaya qarşı sanksiyaları şərh edən siyasətçinin sözlərinə görə, rəsmi Tokio Yaponiya vətəndaşları və biznesləri üçün məhdudiyyətləri nəzarətdə saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram