Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib | Banco.az

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yaponiya sanksiyaların tətbiq olunduğu Rusiya şirkətləri və şəxslərin geniş siyahısını yayıb.

Buraya 70 şirkət və 130 rusiyalı siyasətçi, o cümlədən Rusiyanın baş naziri Mixail Mişustin, habelə sahibkarlar və onların ailə üzvləri daxildir.

Məlumata əsasən, sanksiyalar hərbi istehsalla əlaqəli olduğu bildirilən Rusiya şirkətlərinə qarşı tətbiq olunub. Xüsusilə, ixrac məhdudiyyətləri “Almaz-Atey”, “Taktiki raket silahları”, “VNİİ Etalon”, “İnformasiya telekommunikasiya texnologiyaları” şirkətlərinə şamil olunacaq.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram