"Yaponiya Mərkəzi Bankı bu il yenidən faiz artımı etməyəcək" | Banco.az

"Yaponiya Mərkəzi Bankı bu il yenidən faiz artımı etməyəcək"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sakurai: Yaponiya Mərkəzi Bankı (BOJ) bu il yenidən faiz dərəcələrini artırmayacaq.

Banco.az xəbər verir ki, Yaponiya Bankının (BOJ) keçmiş İdarə Heyətinin üzvü Makoto Sakurai jurnalistlərə müsahibəsində mərkəzi bankın faiz qərarlarından danışıb.

Onun sözlərinə görə, Yaponiya Bankı (BOJ) son faiz artımından sonra yaranan bazar təlatümləri və ölkə iqtisadiyyatının sürətli canlanma ehtimalının aşağı olması səbəbindən bu il yenidən uçot dərəcəsini artıra bilməyəcək.

"Heç olmasa ilin sonuna qədər yenidən artıra bilməyəcəklər. Gələn mart ayına qədər artım olub-olmayacağı isə bəlli deyil", Sakurai deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son bazar iğtişaşları və BOJ-nin reaksiyası bazar iştirakçılarını perspektivlərlə bağlı ehtiyatlı davranmağa məcbur edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram