Yapon avtomobil istehsalçısı İngiltərəyə külli miqdarda investisiya yatıracaq | Banco.az

Yapon avtomobil istehsalçısı İngiltərəyə külli miqdarda investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nissan” İngiltərəyə 3 milyard funt-sterlinq sərmayə qoymağa qərar verib.

Banco.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Nissan” İngiltərədəki fabriki üçün hərtərəfli investisiya planını açıqlayıb.

Şirkətdən edilən açıqlamaya görə, markanın Sanderland fabrikinə 3 milyard funt-sterlinq investisiya qoyulacaq.

Yapon brendinin gələcək istehsal planı Sanderlenddəki EV36Zero mərkəzində üç elektrik avtomobili (EV), üç gigafabrika və 3 milyard funt-sterlinqə qədər investisiyadan ibarət olacaq.

Bu transformasiya layihəsi nəinki “Qashqai” və “Juke” modellərinin gələcək tam elektrik versiyalarının istehsalını, həm də Böyük Britaniyada yeni nəsil “Leaf”ın istehsalını da əhatə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et