Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub.
Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.
1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərmiş, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışmışdır. Mete bəy 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik etmiş, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olmuşdur.
Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-yə təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərmişdir.