Yanvarda Azərbaycana xarici investisiya qoyuluşu 10 %-dən çox azalıb | Banco.az

Yanvarda Azərbaycana xarici investisiya qoyuluşu 10 %-dən çox azalıb

Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 346,5 milyon manat vəsait yönəldilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % azdır.

Məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 337,1 milyon manatı (97,3 %-i) Birləşmiş Krallıq, ABŞ, Norveç, Türkiyə, Yaponiya, Hindistan, Malayziya, İran və Rusiya sərmayədarlarına məxsus olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram