Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracatı 14 faizdən çox artıb | Banco.az

Yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracatı 14 faizdən çox artıb

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et