Yanvar ayında ən çox qızıl alan mərkəzi bank bəlli olub | Banco.az

Yanvar ayında ən çox qızıl alan mərkəzi bank bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Mərkəzi Bankı (TCMB) yanvar ayında ən çox qızıl alan mərkəzi bank olub.

Banco.az xəbər verir ki, Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, mərkəzi bankların 2023-cü il üçün qızıl tələbi 2022-ci ildə qaldığı yerdən davam edib.

Hesabatda qeyd olunur ki, dünya mərkəzi bankları yanvar ayında qlobal qızıl ehtiyatı alışlarını aylıq 16 faiz artırmaqla 31 tona çatdırıblar. Bu göstərici ötən 10 ayın 20-60 ton alış diapazonuna uyğun gəlir.

Həmçinin bildirilib ki, sözügedən dövrdə ən böyük qızıl alıcısı olan TCMB 23 ton qızıl alışı ilə birinci pillənin sahibidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et