Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən böyük oyun konsolu istehsalçısı “Sony” “PlayStation Plus” abunəçiləri üçün növbəti hədiyyə kampaniyasına start verib.
Banco.az xəbər verir ki, istifadəçilər 2023-cü ilin yanvar ayında ödənişsiz formada təqdim olunan oyunlardan yararlana biləcək. Siyahıya 2019-cu ilin döyüş oyunu “Star Wars Jedi: Fallen Order”, 2018-ci ilin çoxnəfərli onlayn döyüş oyunu “Fallout 76” və 2021-ci ildə təqdim edilən “Axiom Verge 2” videooyunu daxildir.
Bu oyunların hər biri 3 yanvar 2023-cü il tarixindən etibarən əlçatan olacaq.
Qeyd edək ki, “Sony” 2022-ci ilin dekabr ayında “PlayStation Plus" abunəçilərinə “Mass Effect Legendary Edition”, “Biomutant və Divine Knockout: Founder's Edition” kimi oyunları hədiyyə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!