Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının (Aİ) avtomobil bazarında ümumi satış həcmi keçən ay 11,3 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayı üzrə Avropa İttifaqı (Aİ) ölkələrində yeni qeydiyyatdan keçən avtomobil məlumatlarını açıqlayıb.
Buna görə, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrünə görə 11,3 faiz artaraq 760 min 41 ədədə çatıb.
Satılan yeni avtomobillərin 37,9 faizi benzin, 26 faizi hibrid, 15,9 faizi dizel, 9,5 faizi tam elektrik, 7,1 faizi plug-in hibrid, 3,6 faizi isə digər yanacaq növlərinin payına düşür.
Aİ ölkələri arasında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında İspaniyada 51,4 faiz, İtaliyada 19 faiz, Fransada 8,8 faiz artarkən, Almaniyada 2,6 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!