Yanvar-avqust aylarında Bakının iaşə dövriyyəsi 5,7 faiz artıb | Banco.az

Yanvar-avqust aylarında Bakının iaşə dövriyyəsi 5,7 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Bakının iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 mln. manat olub. Dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 mln. manat təşkil edib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et