Yandex bu bankı satın alacaq | Banco.az

Yandex bu bankı satın alacaq

Tamara Mustafayeva, Banco.az

Rusiyanın ən böyük texnologiya şirkəti Yandex ölkənin aparıcı banklarından biri olan Tinkoff bankını təqribən 5,5 milyard dollara satın almağa hazırlaşır.

Tinkoff bankından edilən açıqlamaya görə, satışla bağlı Yandex şirkəti ilə prinsipcə razılıq əldə edilib. Sözügedən razılaşmaya əsasən Tinkoff bankının səhm başına 27,64 dollar dəyərlə ümumilikdə 5,5 milyard dollara 100/100 payda Yandex şirkətinə satışı nəzərdə tutulub.

Bankın təsisçisi Oleq Tinkov sosial media vasitəsilə etdiyi açıqlamada, "Bu, satış deyil, birləşmədir. Yandex-lə birlikdə ölkənin ən böyük texnologiya şirkətləriyik və bu razılaşma uğurlu əməkdaşlıq olacaq.", deyə bildirib.

Şirkətlər arasındakı danışıqlar prosesinin mətbuatda əks olunmasından sonra Yandex-in səhmləri Moskva fond birjasında 8,5%, NASDAQ birjasında isə 9% dəyər qazanıb.

Ekspertlər razılıq əldə olunacağı təqdirdə Yandex şirkətinin müştərilərinə çox sayda xidmət təqdim edə biləcəyi bir ekosistemə çevriləcəyini proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyaca məşhur bu bank şöbələrinin 20%-ni bağlayacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et