Dünyaca məşhur bu bank şöbələrinin 20%-ni bağlayacaq | Banco.az

Dünyaca məşhur bu bank şöbələrinin 20%-ni bağlayacaq

Tamara Mustafayeva, Banco.az

Deutsche Bank qənaət məqsədilə Almaniyadakı şöbələrinin 20%-ni bağlamağı planlaşdırır.

Mərkəzi binası Frankfurtda yerləşən Almaniyanın ən böyük banklarından biri olan Deutsche Bank maliyyə xərclərinə qənaət etmək və müştərilərin pandemiya dövründə dəyişən vərdişlərindən faydalanmaq üçün ölkənin əsas bazarında fəaliyyət göstərən hər beş şöbədən birini bağlamağa hazırlaşır.

Bankın maliyyə direktoru James von Moltke bank sektorundakı gözlənilən satın alma və birləşmə dalğasına hazırlaşmaq üçün ciddi rejimdə çalışdıqlarını açıqlayıb. O, həmçinin ölkədaxili birləşmələrin bəzi çətinliklər doğurduğunu vurğulayıb. 

Xatırladaq ki, Deutsche Bank ötən il yerli rəqibi Commerzbank ilə birləşmə danışıqlarını təxirə salmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyanın ən maraqlı BANK ofisləri

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et