“Yalnız aktiv borcu olan şəxslərin borc yükünün azaldılması barədə təkliflər var idi” | Banco.az

“Yalnız aktiv borcu olan şəxslərin borc yükünün azaldılması barədə təkliflər var idi”

“Fiziki şəxslərin problemli kreditləri təhlil edilərkən belə təkliflər var idi ki, yalnız aktiv borcu olan şəxslərin borc yükü azaldılsın”.

Bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov "Real TV"də bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Bununla belə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu məsələdə vətəndaşın arxasında olduqlarını göstərdilər və bildirdilər ki, burada sosial ədalət prinsipi müdafiə olunmalıdır və devalvasiyadan əziyyət çəkmiş hər bir vətəndaş müvafiq kompensasiyasını əldə etməlidir”, - deyə o qeyd edib. 

Report.az