Xoşbəxtlik, həyəcan, qorxu: Duyğular bədənin hansı hissəsində hiss edilir? | Banco.az

Xoşbəxtlik, həyəcan, qorxu: Duyğular bədənin hansı hissəsində hiss edilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kədərlənəndə üzərimizə bir ağırlıq düşür və ya bəzən xoşbəxtlikdən "uçuruq". Əslində bütün bu bənzətmələrin elmi səbəbi var. İnsanlar məşğul həyat templəri səbəbilə vaxtlarını emosiyalarını boğmağa sərf edirlər. İstədiyimiz kimi gülə və ya ağlaya bilmirik. Ancaq bütün bu yaşanmamış duyğular həm fiziki, həm də ruhi sağlamlığımıza zərər verir. Duyğuların bədənimizə təsirini başa düşsək, onların öhdəsindən gəlmək bizim üçün çox asan olacaq. 

Duyğularımız düşündüyümüzdən qat-qat ağırdır.

İfadə edilməmiş duyğular bədənin müəyyən hissələrində titrəmələrə səbəb olur. Bu duyğuları sərbəst ifadə etməsək, onların yaratdığı enerji bədənimizi tərk edə bilməz. Bu da ağrı və gərginliklə nəticələnir. 

Bəs duyğularımızı bədənimizin hansı hissəsində hiss edirik? Birlikdə nəzər salaq:

Xoşbəxtlik və sevgi bütün bədəndə özünü göstərir

Xoşbəxtlik birbaşa mədə və bağırsağa təsir edir. Bu səbəblə deyə bilərik ki, xoşbəxt olanda mədədə hiss etdiyimiz "kəpənəklər" gerçəkdir. Xoşbəxtliklə müqayisədə sevgi ayaqlarda hiss oluna bilməz. Hər iki duyğu bədəndə dopamin və serotoninin sərbəst buraxılmasına səbəb olur. Xoşbəxtlik və sevgi hissləri ürəyə də bir başa təsir edir və ürək döyüntülərimiz artır.

Qəzəb əsasən bədənin yuxarı hissəsində hiss olunur və ürəyə təsir edir

Buna görə nəyəsə əsəbiləşəndə ​​şillə və ya yumruq vurmaq istəyirik. Emosional enerji qollarda cəmləşir və biz onu azad etmək ehtiyacını hiss edirik. Qəzəb də adrenalin ifrazına səbəb olur. Nəticədə əzələlərimiz gərginləşir və təzyiqimiz yüksəlir. Qəzəbin yatırılmaması ürək xəstəliklərinə səbəb ola bilər.

Bədənin yuxarı hissəsində qorxu və ikrah hiss olunur.

Qorxduğumuz zaman bədənimiz qaçmağa hazırlamaq üçün epinefrin və norepinefrin ifraz edir. Bu hormonlar ürək və ağciyərlərin fəaliyyətini artırır. Digər neqativ emosiyalar kimi, davamlı qorxu da yaddaşa təsir edir və ürək-damar xəstəlikləri riskini artırır.

Ən sərfəli kredit üçün müraciət et

Baş və sinə nahiyəsində kədər hiss edilərkən, depressiya bədənin alt hissəsini uyuşdurur.

Darıxma hissləri bəzi şeylərə marağınızı itirməyinizə səbəb ola bilir. Qorxu kimi, narahatlıq da adrenalini hərəkətə keçirir və nəfəs alma sürətimizə təsir edir. Beləliklə, beynimiz daha çox oksigen alır. Sürətli ürək döyüntüsü, sinə ağrısı və ürəkbulanma narahatlığın əlamətləri ola bilər. Daimi narahatlıq bədənimizin fəaliyyətini pozur və bizi xəstəliklərə qarşı həssas edir.

Qısqanclıq sinə və baş nahiyəsində hiss olunur və ürək problemlərinə səbəb ola bilər.

Qısqanclıq qorxu, stress və qəzəbin qarışığıdır. Bu hissin sərbəst buraxılmamaması ürək xəstəliyinə və yuxu problemlərinə səbəb olur.

Bəs duyğularınızı "azad etmək" və bədəninizi rahatlaşdırmaq üçün nələr etməliyik?

Bunun üçün hisslərinizi qəbul etməyə və bir mütəxəssisdən kömək almağa cəhd edə və enerjinizi başqa şeylərə yönəldə bilərsiniz. Məsələn, meditasiya və ya yoqa yaxşı seçim ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et