Xiaomi yeni televizorlarının satışına hazırlaşır | Banco.az

Xiaomi yeni televizorlarının satışına hazırlaşır

Xiaomi 12 dekabr tarixində Çində, 55 və 65 düym diaqonallı ekrana malik Mi TV 5 Pro televizorlarının satışına başlayacaq.

Çin istehsalçısı yeni nəsil televizorlarının ev bazarında 55 düym diaqonallı ekranı olan cihazı 523 dollar, 65 düymlü versiyanı isə 707 dollar səviyyəsində qiymətləndirib.

Xatırladaq ki, Mi TV 5 Pro-da kvant nöqtələri texnologiyası ilə ekran quraşdırılır.  Onun göstəricisi 4K təşkil edir, HDR10 + dəstəyi və görüntü keyfiyyətini artırmaq üçün bir sıra texnologiyaları var.

Ən sərfəli kredit üçün müraciət et

Mi TV 5 Pro televizorları həm də güclü akustik sistem, 4 GB RAM və 65 GB flash yaddaş ilə Amlogic T972 məhsuldar prosessorunu alıblar.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et