“Xiaomi” saniyədə bir smartfon istehsal edə biləcək yeni zavodunu işə salıb | Banco.az

“Xiaomi” saniyədə bir smartfon istehsal edə biləcək yeni zavodunu işə salıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin elektronika istehsalçısı “Xiaomi” insan müdaxiləsi olmadan smartfonlar istehsal edəcək yeni zavodunu işə salıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ley Jun bildirib.

Onun sözlərinə görə, yeni zavod insan müdaxiləsi olmadan sutkada 24 saat işləyə bilən “qaranlıq fabrik” kimi fəaliyyət göstərəcək. Zavodun hər saniyədə bir, gündə 86,4 min smartfon istehsal edə biləcəyi iddia edilir. 

Buradakı robotlar bir-biri ilə qarşılıqlı əlaqə qura və müstəqil şəkildə təmizliyi qoruya biləcəklər. Zavodda məhsulun keyfiyyətinə nəzarət xüsusi intellektual maşınlar vasitəsilə həyata keçiriləcək.

“Xiaomi”nin yeni istehsal prosesinin inkişafı üçün 2,4 milyard yuan (330 milyon dollar) sərmayə qoyduğu bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et