Çin texnologiya şirkəti "Xiaomi" ilin ikinci rübündə xalis mənfəətinin illik müqayisədə 75,4 faiz artaraq 10,8 milyard yuana (1,5 milyard dollar) çatdığı bildirilir.
Banco.az xəbər verir ki, şirkətin gəliri 16,1 milyard dollara çatsa da, elektrikli avtomobil investisiyalarından təxminən 41,7 milyon dollar zərər qeyd edib.
"Xiaomi" 2025-ci ilin aprel-iyun ayları üçün maliyyə hesabatlarını açıqlayıb. Müvafiq olaraq, şirkətin gəliri ikinci rübdə illik müqayisədə 30,5 faiz artaraq 116 milyard yuana (16,1 milyard dollar) çatıb.
Onun xalis mənfəəti də ötən illə müqayisədə 75,4 faiz artaraq 10,8 milyard yuana (1,5 milyard dollar) çatıb.
Şirkətin əsas fəaliyyəti olan smartfon və ağıllı cihazların satışından əldə etdiyi gəlir illik müqayisədə 14,8 faiz artaraq 94,7 milyard yuana (13,1 milyard dollar), elektriklə işləyən avtomobillər, süni intellekt və digər yeni təşəbbüslərdən əldə edilən gəlir isə 21,3 milyard yuana (2,9 milyard dollar) çatıb. Elektrikli avtomobil satışları yeni müəssisələrin gəlirlərinin 96,7 faizini təşkil edib.
Elektrikli nəqliyyat vasitələri və digər yeni təşəbbüslər üzrə irimiqyaslı əməliyyat xərclərinə görə şirkət bu biznesdə təxminən 300 milyon yuan (41,7 milyon dollar) zərər çəkib.
Smartfon və elektron cihaz istehsalçısı 2024-cü ildə yeni hazırlanmış elektrikli idman avtomobil modeli olan "SU7" ilə avtomobil bazarına daxil olub. Şirkət həmçinin iyun ayında "YU7" adlı elektrik SUV modelini təqdim edib.