2015-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat proqnozlaşdırılıb.
2015-ci ilin büdcə layihəsinə istinadən bildirir ki, diplomatik xidmət orqanlarının, konsulların saxlanması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat nəzərdə tutulub. Xatırladaq ki, cari il üçün də bu rəqəm eyni həddə proqnozlaşdırılmışdı.
Beynəlxalq maliyyə-kredit təşkilatlarında ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat nəzərdə tutulub.
Publika.az