Xaricilərə xərclədiyimiz ya gənclərə yatırım etdiyimiz milyonlarla vəsait | Banco.az

Xaricilərə xərclədiyimiz ya gənclərə yatırım etdiyimiz milyonlarla vəsait

8 il ərzində bu proqrama 135,4 milyon manat vəsait xərclənib.

ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu günədək məzun olmuş tələbələrimizin 95%-i öz ixtisas istiqamətləri üzrə ölkəmizin nüfuzlu qurum və müəssisələrində çalışırlar. Tələbələrin 40%-i özəl, 60%-i isə dövlət sektorunda çalışmaqla öz fəaliyyətlərini davam etdirirlər.

Amma aparılan araşdırmalar göstərir ki, xaricdə təhsil alan gənclərin böyük bir hissəsi Azərbaycana geri qayıtmaq və burda qalıb işləmək istəmir. Qayıdan məzunlar isə əsasən dövlət deyil , özəl müəssisələrdə işləməyi üstün tuturlar. 
Baxmayaraq ki, proqrama əsasən, dövlət hesabına xaricdə təhsil alanlar 5 il müddətində Azərbaycanda işləməlidirlər. Amma Azərbaycana qayıdan məzunların çox hissəsi xarici şirkətlərdə və ya yerli özəl müəssisələrdə işləyir.

İl ərzində tələbələrin yaşayış və təhsil ehtiyaclarına dövlət büdcəsindən 50-60 min avro vəsait xərclənir .Həmin gənclər qarşısında Azərbaycana qayıdıb öz ölkəsində işləmək , ayrı-ayrı sahələrdə öz biliklərini tətbiq etmək tələbi qoyulsa da onlar bir çox hallarda bundan yayınırlar və daha çox özəl şirkətlərə üz tuturlar. 

Məzunlar bunu dövlət sektorunda əmək haqqının o qədər də yüksək olmaması, eyni zamanda karyera qurmaq üçün özəl sektorun daha münasib olması ilə izah edirlər. Dövlət müəssisələrində isə bununla bağlı müəyyən çətinliklərin olduğu deyilir.

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, "Dövlət Proqramı çərçivəsində təhsil almış tələbə məzun olduqdan sonra istənilən dövlət və ya özəl müəssisələrində işləyə bilər, əsas şərt, həmin müəssisənin Azərbaycan Respublikasında yerləşməsidir."

Təhsil naziri Mikayıl Cabbarov ANS -ə müsahibəsi zamanı da xaricdə təhsil alan, amma geri qayıtmayan tələbələrin aqibətindən danışıb: 

"Qayıtmır, o demək deyil ki, onlar siyasi sığınacaq istəyir və orada qalırlar. Biz tələbələri AlmaniyaİngiltərəTürkiyəABŞ və s. kimi nüfüzlu ölkələrə göndəririk. Onlar orada uğurlu iş təklifi alırlar. Ona görə də, əmək bazarında bu tələbəmizin, bu vətəndaşımızın uğur əldə etməsi və iş yeri qazanması öz-özlüyündə, bəlkə də, pis hal deyil", - deyə nazir əlavə edib.


Mikayıl Cabbarov - Təhsil naziri


Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində bu günə qədər (2007-2015-ci illər) xaricdə təhsil alan 3 395 nəfər tələbənin 1000 nəfərdən çoxu artıq məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir. 


Mənbə: Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Sərf olunan maliyyə vəsaitinə gəlincə, 8 il ərzində bu proqrama 135,4 milyon manat xərclənib. Dövlət Neft Fondunun məlumatına görə, təkcə, 2014-cü ildə gənclərin xaricdə təhsilinə 33,5 milyon manat ayrılıb. Bunlardan 

16,5 milyon manatı yaşayış,
15,2 milyon manatı təhsil,
1 milyon manatı yol,
0,5 milyon manatı tibbi sığorta,
0,3 milyon manatı isə viza, qeydiyyata xərclənib.




Gənclərin 2014-2015-ci tədris ilində xaricdə təhsil alması üçün seçilən ən məşhur ali təhsil müəssisələri aşağıdakı ölkələrdə yerləşir:

Ən sərfəli kredit üçün müraciət et