Xarici valyuta üzrə kredit qoyuluşu 8 mlrd manatı ötüb | Banco.az

Xarici valyuta üzrə kredit qoyuluşu 8 mlrd manatı ötüb

Banco.az portalı Mərkəzi Banka istinadən bildirir ki, məzənnə dəyişikliyi ilə əlaqadər olaraq xarici valyutada kredit qoyuluşunun həcmi 67% artaraq 8 mlrd 377,8mlna bərabər olub. Həmçinin, fevral ayında xarici valyuta ilə kredit qoyuluşu üzrə vaxtı keçmiş kreditlərin həcmi cari ilin ilk ayı ilə müqayisədə 54%  artaraq 314,5 mln manat təşkil edib.

Xarici valyuta ilə cəmi kreditlərin artımı uzunmüddətli kreditlər hesabına baş verib. Belə ki, fevral ayında uzunmüddətli kreditlərin həcmi 71% artıb. Həmçinin, qısamüddətli  kreditlərdə 55% artım müşahidə olunub.

Mərkəzi Bank tərəfindən hazırlanan bullitenlər göstərir ki, əhali arasında milli valyuta ilə kredit götürülməsinə maraq əvvəlki dövrlərə nisbətən azalıb.Manat üzrə vaxtı keçmiş kreditlər yanvarla müqayisədə 2,80 milyon manat azalıb. Manatla olan cəmi kreditlərin həcmində isə 1mlrd 242 mln manat artım müşahidə olunub.

Cari ilin fevral ayında vaxtı keçmiş kreditlərin həcmində 107,3 mln artım qeydə alınıb və bununla da vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 138 milyon 2 min manata çatıb. Bu rəqəm əvvəlki ayın göstəricisindən 10% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd edək ki, 2015-ci ilin ilk ayı ilə müqayisədə cəmi kredit qoyuluşu 2117,4 mln manat və ya 11% artıb.

Xarici valyuta üzrə kredit qoyuluşunun 1 ay ərzində artım dinamikası

Xarici valyuta üzrə kredit qoyuluşu | Create infographics

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et