Vergilər naziri Fazil Məmmədov rəqəmsal əməliyyatların vergiyə cəlb edilməsinə aydınlıq gətirib.
Nazir deyib: "Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasının işlək mexanizminin müəyyən edilməsidir. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV, alıcının olduğu yerdə tətbiq ediləcək. Bir daha qeyd etmək istərdim ki, burada söhbət qeyri-rezidentlərdən, internet üzərindən xaricdən alınmış mallardan deyil, iş və xidmətlərdən gedir.
Bu dəyişikliyin əsas məqsədi elektron və pərakəndə ticarət sektorunda rəqabət şərtlərini eyniləşdirmək və uçot sistemi qurmaqdır. Beləlikə, Amazon, Ebay, Alibaba kimi saytlardan alınan mallara görə vergi ödənilməyəcək.
Mənbə: Marja.az