"Xarici neft istehsalçılarına yüksək gömrük tarifləri tətbiq edə bilərik" | Banco.az

"Xarici neft istehsalçılarına yüksək gömrük tarifləri tətbiq edə bilərik"

ABŞ Prezidenti Donald Tramp qlobal neft istehsalçıları arasında anlaşılmazlıq davam edərsə, yerli neft istehsalçılarını və enerji sənayesini qorumaq üçün yüksək gömrük tarifləri tətbiq edə biləcəklərini açıqlayıb.

Daha əvvəl xarici neft istehsalçıları üçün gömrük tariflərinin qaldırılmasına "yaşıl işıq" yandıran D.Tramp deyib: “Əgər ehtiyac yaransa, yeni tariflər tətbiq edərəm, ancaq buna ehtiyac olacağını zənn etmirəm. Çünki Səudiyyə Ərəbistanın və Rusiyanın neft istehsalı səviyyəsinin müəyyənləşdirilməsində razılaşma əldə edəcəklərinə inanıram”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, D.Tramp neft hasilatının səviyyəsini müəyyənləşdirilməsi üçün OPEC və OPEC+ ölkələrinin növbəti görüşünün böyük ehtimalla aprelin 9-da keçiriləcəyini bildirib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et