Dünyanın aparıcı audit şirkətlərindən biri olan "Ernst & Young" (EY) xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələrinin reytinqini dərc edib. Ümumiyyətlə siyahıda 20 ölkə yer alıb.
EY şirkətinin apardığı "European Investment Monitor" (EIM) adlı tədqiqatının nəticələrinə istinadən, Avropada COVID-19 pandemiyası səbəbindən birbaşa xarici investisiyalı layihələrin təqribən 10%-i ləğv edilib, daha 25%-i isə dondurulub. İnvestorların 51%-i bu il üçün planlaşdırılan birbaşa xarici investisiyalarının həcmini bir qədər azaltmaq niyyətindədir, 15%-i isə əhəmiyyətli dərəcədə azalma gözləyir.
Xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələri:
№ |
Ölkə |
2019-cu ildə elan olunmuş layihələrin sayı (builki düzəlişdən əvvəl) |
Ümumi investisiyalarda birbaşa xarici sərmayənin payı, % |
1 |
Fransa |
1 197 |
18,8 |
2 |
Böyük Britaniya |
1 109 |
17 |
3 |
Almaniya |
971 |
15 |
4 |
İspaniya |
486 |
8 |
5 |
Belçika |
267 |
4 |
6 |
Niderland |
255 |
4 |
7 |
Polşa |
200 |
3 |
8 |
İrlandiya |
191 |
3 |
9 |
Rusiya |
191 |
3 |
10 |
Türkiyə |
176 |
3 |
APA
Bizi sosial şəbəkələrdən izləyin!!