Xarici investorlar Azərbaycanda sərmayələrindən ikiqat artıq divident götürüblər | Banco.az

Xarici investorlar Azərbaycanda sərmayələrindən ikiqat artıq divident götürüblər

Bu vaxta qədər Azərbaycana qoyulan hər 1 dollara sərmayəyə görə investorlar 2 dollar divident götürüb. Bunu bu gün Bakıda işə başlayan Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev xarici investorları Azərbaycana dəvət edib: "Azərbaycan nadir ölkələrdən biridir ki, onun adı heç bir Arbitraj Məhkəməsində olmayıb".

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti artıq gələn il istifadəyə veriləcək: "Həmçinin, İranla Azərbaycan arasında olan dəmir yolu xəttinin çəkilişi üçün İranla işləməyə hazırıq".

Mənbə: Report.az