Xarici banklar Rusiya bazarını tərk etməyə davam edir | Banco.az

Xarici banklar Rusiya bazarını tərk etməyə davam edir

Müəllif - Aida İsaq, Banco.az

Xarici banklardan bəziləri Rusiyadakı törəmə şirkətlərindən xilas olmaq qərarına gəlib. Artıq potensial alıcılarla danışıqlar aparılır. Banco.az xəbər verir ki, Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev adları açıqlamasa da, bəzi bankların Rusiya Mərkəzi bankına müraciətlər ünvanladığını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin sonuna qədər Rusiyanın strateji müəssisələrində, yanacaq-energetika şirkətlərində və banklarında “dost olmayan” ölkələrdən olan əcnəbilərin səhmləri ilə əməliyyatlara qadağa qoyub. Xüsusilə, prezidentin fərmanı birbaşa və ya dolayısı ilə mülkiyyət dəyişikliyinə səbəb olan əməliyyatlara aiddir. Oktyabrın 26-da isə əməliyyatlara qadağa qoyulan bankların siyahısı təsdiq edilib. 

Xatırladaq ki, oktyabr ayında xarici bankların Rusiya bazarını tərk etməsi kəskin surətdə sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et