Xaricdən cari hesaba gələn pulu nağdlaşdırmaq banklarda neçəyədir? | Banco.az

Xaricdən cari hesaba gələn pulu nağdlaşdırmaq banklarda neçəyədir?

Sizə xaricdən pul gəlir? Bəs, onu hansı bankda qəbul etməyi düşünmüsünüzmü?

Budəfəki araşdırmamız cari hesabdan vəsaitin nağdlaşdırılması, yəni nağd vəsaitin  məxarici ilə bağlıdır.

Banco.az araşdırmasına əsasən, bir çox banklarda müştəri özü nağd şəkildə daxil etdiyi vəsaiti həmin il ərzində nağdlaşdırdıqda, heç bir komisyon ödəməli olmur. Amma onun hesabına digər bir bankdan, hesabdan – istər xarici, istər yerli  nağdsız şəkildə vəsait daxil olduqda nağdlaşdırma faizi tutulur. Sosial ödənişlər istisnadır.

Beləliklə banklarda, başqa hesabdan (xaricdən) vəsait gəldikdə nağdlaşdırma faizi nə qədərdir?

Araşdırma zamanı, banklar ilə ayrılıqda əlaqə saxlanılmış, həmçinin onların fiziki şəxslər üzrə hesablaşma tarifləri araşdırılmışdır.

Bankın adı Nağdlaşdırma faizi, AZN hesablarında %

Xaricdən gələn pul, nağdlaşdırma, Valyuta %

Azər Türk Bank 0,5 0,5
Bank Avrasiya 0,5 0,5
Ziraat Bank 0,5 0,5
Xalq Bank 0,5 0,5
Beynəlxalq Bank 0,5 0,6
Rabita bank 0,5 0,6
AF Bank 0,5 0,7
AG Bank 0,5 0,7
Amrah Bank 0,5 0,7
Bank Silk Vey 0,5 0,8
Bank Respublika 0,5 0,8
ASB BanK 0,5 0,8
KapitalBank 0,6 0,6
Turan Bank 0,6 0,6
Yapı Kredi Bank 0,6 0,8
Nikoil Bank 0,6 0,6-1
AccessBank 0,7 0,7
Bank of Baku 0,7 0,7
AtaBank 0,8 0,8
NBC Bank 0,8 0,8
DəmirBank 0,8 1
ExpressBank 1 1
VTB Bank 1 1
MuğanBank 1 1
Bank BTB 1 1
Unibank 1 1
Pasha Bank    
Gunay Bank    

Banco.az həmçinin bəzi bankların, sorğumuza verdiyi cavabları diqqətinizə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bank SilK Vey

Cari hesabdan nağdlaşdırma - milli vayutada 0,5% ,min - 1 AZN, xarici valyutada  0,8%  min - 1 USD / EUR / GBP, 40 RUR

Qeyd: Əgər vəsait açıldığı filialda hesaba nağd şəkildə (plastik kart hesablar istisna olmaqla) mədaxil olunmuşdursa, 1 il müddətinə həmin məbləğ geri götürdükdə komissiya haqqı tutulmur.

Beynəlxalq Bank

Hesaba mədaxil edilən nağd pul mədaxil günündən 1 (bir) il müddətində çıxarıldıqda müştəridən nağd vəsaitin çıxarılmasına görə komisyon haqqı tutulmur

Paşa Bank

Hesablaşma-kassa əməliyyatları Bankın qüvvədə olan Tarifləri və tərəflər arasında imzalanan Müqavilə ilə tənzimlənir.

RabitəBank

 Milli valyutada 0,5 % (razılaşma ilə) birdəfəlik - 10 AZN ,  Xarici Valyutada 0,6%  min. 5 ABŞ dolları

Nikoil Bank

Cari hesabdan (o cümlədən gəlirli hesabdan) müştəri tərəfindən daha öncə nağd şəkildə mədaxil edilmiş vəsaitin verilməsi(hansı filialda mədaxil etməsindən asılı olmayaraq) - komissiya haqqı tutulmur. Cari hesabdan (o cümlədən gəlirli) nağd vəsaitin verilməsi (müştəri tərəfindən həmin gün mədaxil edilmiş məbləğ) - 0.6% (GBP -1%) Cari hesabdan (o cümlədən gəlirli hesabdan) daha öncə müştəri hesabına köçürülmüş vəsaitin verilməsi - 0.6% (GBP -1%)

AmrahBank

USD/EUR hesabları üzrə -0.7% min. 1 USD/EUR. Vəsait hesabı açılan filialdan çıxarılırsa, komissiya tutulmur. Başqa filialdan çıxarıldığı zaman AZN-0.5%, USD/EUR-0.7% komissiya tutulur.

Yapı Kredi Bank

Nağd pulun çəkilməsi: pul hesaba nağd daxil olduqda pulsuzdur.

Cari hesabınıza vəsait köçürmə yolu ilə gəldikdə AZN hesabından nağdlaşma komisyonu 0.6%, xarici valyuta hesabı olduğu zaman isə 0.8% təşkil edir. Vəsait cari hesabınıza nağd şəkildə yerləşdirilirsə nağdlaşma zamanı Yapıkredibank filiallarında komisyon tutulmur.

NBC BANK

Əgər fiziki şəxs hesabıdırsa o zaman 0.8 % nəğdləşdirməyə görə xidmət haqqı tutulur. Cari hesabınıza yerləşdirdiyiniz vəsaiti nəğdləşdirən zaman hər hansı xidmət haqqı tutulmur.

Xalq Bank

Nağd ödənişlə daxil olmuş vəsaitlər üzrə:  Vəsaitlərin mədaxil olunması və çıxarılması eyni təqvim ilində həyata keçirildikdə  nağdlaşdırma pulsuz olur.

ExpressBank

Cari hesabınıza vəsait xaricdən gəlirsə, nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Vəsaiti özünüz əlavə etsəz nağdlaşdırma komissiyası tətbiq olunmayacaq.

AtaBank

Cari hesabınıza vəsaiti özünüz yerləşdirmisinizsə nağdlaşdırma zamanı komissiya tutulmur. Cari hesabınıza vəsaiti köçürüblərsə, nağdlaşdırma komissiyası 0,8 % (min.2 AZN, USD) təşkil edir.

Kapital Bank

Cari hesabdan məxaric komissiyası 0.6% təşkil edir. Vəsait nağd şəkildə mədaxil olunubsa komissiya tutulmur. Filial daxilində müştəri tərəfindən nağd mədaxil edilən vəsaitlər əməliyyatın aparıldığı gündən sonrakı bir il ərzində komissiya tutulmadan nağd məxaric edilir.

DəmirBank

Cari hesabdan nağdsız daxil olan vəsait nağdılaşdirdığınız zaman 0.8% (milli valyutada), 1% xarici valyutada komissiya tutulur.

Bank of Baku

Xaricdən vəsait göndərilsə qeyd etdiyimiz kimi 0.7% (minimum 5 AZN) komissiya tutulur. Bakı filiallarında özünüz hesabınıza vəsait yerləşdirib sonra Bakı filiallarından nağdlaşdırma etsəniz komissiya tutulmur.

Unibank

Digər hesabdan vəsait gələrsə, 1% nağdlaşdırmaya görə komissiya haqqı tutulacaqdır. Əgər öz vəsaitinizi cari hesaba yerləşdirmisinizsə, 360 günə qədər faiz tutulmur. 360 gün və daha çox keçərsə 1% komissiya haqqı tutulacaqdır nağdlaşdırmaya görə.

VTB Azərbaycan

Əgər məbləğ digər Bankdan köçürülübsə nağdlaşdırma komissiyası 1% təşkil edir. Qrup Bank VTB - dən köçürülərsə nağdlaşdırma komissiyası 0,5 % (мин 1 USD/EUR/GBP/CHF) təşkil edir

AG Bank

Valyuta ilə 0.7%, manat ilə 0.5 %, öz vəsaitini nağdlaşdıranda baki filiallarında - 0%, rayon filiallarında isə - 0.2 %

Azər Türk Bank

Cari hesabın açılması üçün 10 AZN hesabaçma komissiyası tətbiq olunur. Hesaba daxil olan puldan komissiya tutulmur. Pul nağlaşdırıldıqda isə 0.5% komissiya tətbiq olunur.

AccessBank

Əgər həmin vəsait köçürmə vasitəsilə hesabınıza yatırılıbsa, o zaman, nağdlaşdırdıqda 0.7% bank komissiyası tutulur. əgər vəsaiti Cash İn ödəniş terminallarımızdan və ya kassalarımızdan hesabınıza yatırmısınızsa, nağdlaşdırdığınız zaman komissiya tutulmayacaq.

Bank BTB

Fiziki şəxslər üçün bütün valyutalarda nağdsız daxil olmuş vəsaitin çıxarlması 1%-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et