Xaricdə istifadəsi sərfəli olan bank kartları hansılardır? - davamı | Banco.az

Xaricdə istifadəsi sərfəli olan bank kartları hansılardır? - davamı

Məqalə xaricdə istifadəsi sərfəli olan bank kartlarının davamı olaraq hazırlanıb. Əvvəlki məqaləyə linkə keçid etməklə baxa bilərsiniz.

Bu məqalə premium kartları əhatə edir. Premium kartlarda xaricə səfərlərlə bağlı bir sıra üstünlüklər vardır. Bu məqalədə həmin kartların şərtləri və onların üstünlükləri ilə tanış olacağıq. Araşdırma, həmçinin xaricdə nağdlaşdırma və valyutalar arasında konvertasiya faizlərini də əhatə edir. Bundan əlavə, həm dollar, həm də milli valyutalı kartların gəlir qazandırma xüsusiyyətinə də toxunmuşuq. 

Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022

Premium kartlar qiymətinə görə sadə kartlarla müqayisədə baha olsa da, bu kartların üstünlükləri də vardır. İlk növbədə premium kartlarla, onların qiymətləri ilə tanış olaq. Qiymətlər 20-600 AZN arası dəyişir. Premium kartlar özü də bir neçə növü vardır (gold, platinum infinite və s.). Bu fərqlilik özünü qiymətdə əks etdirir. Kartın statusu artdıqca onun qiyməti də yüksəlir. Kartın statusu isə onun üstünlüklərindən asılıdır, yəni kartın üstünlükləri artdıqca qiyməti artır. Bu kartlardan bəzilərini pulsuz əldə etmək də mümkündür. Bunun üçün isə ilkin mədaxil və ya aylıq dövriyyə tələbini ödəmək lazımdır. 

Siyahıda premium kartların hamısı qeyd olunsa da, gold kartları istisna digərlərinin əlavə üstünlükləri var: ölkə xaricində itirilmiş və ya oğurlanmış kartın sahibinə təcili nağd pulun verilməsi, Azərbaycanda və digər dövlətlərdə bir çox ticarət obyektlərində endirimlər, səhiyyə və hüquq məsləhətləri, konsyerj xidməti, dünyanın bütün beynəlxalq hava limanlarının biznes salonlarına giriş təminatı və s.

Konserj xidməti işgüzar səfərlər və səyahətlərin istiqamətləri ilə bağlı məlumat və məsləhətlər verir - şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, meteo şərait və digər çoxsaylı faydalı məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Həmçinin, gəzinti turlarının tarixləri, əyləncə və idman tədbirləri, bununla yanaşı, dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı dəyərli tövsiyələr verir.

Ən əsas məqam isə xaricə səfərlər zamanı hava limanlarında VİP zallarından istifadədir. Visa Platinum (bəzi banklarda kartların adları fərqlidir -Expressbankda Expresso Platinum, Yelo Bankda Yelo Premium, Bank Respublikada NeoKart Premium, AccessBankda myCard Premium) kart sahibləri ildə 2 dəfə pulsuz keçid, Visa İnfinite   (AccessBankda myCard Lux) kart sahibləri isə  6 pulsuz keçiddən yararlana bilər. Digər kartlarda isə VİP zala keçid etmək üçün ödəniş olunmalıdır. Bu ABB-ın TamKart debet kartlarına deyil, yalnız kredit kartlarına şamil edilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Pulun kartda saxlanması və istifadəsi nə qədər rahat olsa da, bəzən nağdlaşdırmaya ehtiyac yaranır. Bu səbəbdən xarici bankların bankomatlarından nağdlaşdırma faizləri barədə məlumat əldə etməkdə fayda var. Bu kartlar arasında Rabitəbank Kartmane kartları ilə xarici ölkədə olarkən il ərzində 1000 AZN və ya 500 USD/EUR məbləğində  komissiyasız nağdlaşdırmaq imkanı verir.

Əgər xarici ölkəyə getməmişdən əvvəl pulunuzu həmin ölkənin valyutasına dəyişmədiyiniz halda, nağdsız ödənişlər zamanı konvertasiya üçün komissiya da ödəməlisiniz. Lakin bu bəzi banklarda 0% olaraq qeyd olunub. Bank sizdən əlavə komissiya tutmasa da, konvertasiya Mərkəzi Bankın deyil, bankın özünün həmin günə müəyyən etdiyi məzənnə əsasında dəyişir. Bundan başqa, bankların bəzilərində bu komissiya haqları kartın valyutasından asılı olaraq dəyişir. 

Digər maraqlı məqam isə faiz gəliri, yəni pul xərcləmədiyiniz halda, kartda qalan məbləğin üzərinə həmin məbləğin müəyyən faizi gəlir şəklində hesablanır. Əksər banklarda bu funksiya yalnız AZN valyutalı kartlar üçün keçərlidir. Lakin bəzi bankların USD valyutalı kartlarında da bu imkanlardan istifadə edə bilərsiniz. Dollar valyutalı kartlarda faizlər milli valyutalı kartlara nisbətən aşağıdır. 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et