Xaricdə istifadəsi sərfəli olan bank kartları hansılardır? | Banco.az

Xaricdə istifadəsi sərfəli olan bank kartları hansılardır?

İstər işlə bağlı ezamiyyə olunduqda, istərsə də istirahət üçün xarici ölkələrə üz tutduqda pul vəsaitlərini daha təhülkəsiz və rahat olan bank kartlarında daşımağı üstün tuturuq. Bunun üçün hansı bank kartları daha sərfəlidir? Hansı bank kartlarından istifadə zamanı daha az komissiya tutulur? Bütün bu suallara bu məqalədə cavab tapa bilərsiniz.

Həmçinin bax: Xaricdə istifadəsi sərfəli olan bank kartları hansılardır? - davamı

Əvvəlcə qeyd edək ki, bank kartlarının statusuna sadə və premium növləri vardır. Premium kartlarda xaricə səfərlərlə bağlı bir sıra üstünlüklər vardır. Lakin bu araşdırma qiymətlərinə görə daha sərfəli olan sadə debet kartlarını əhatə edir. Siyahıda xarici valyutalı (USD, EUR və ya GPB) kartlar öz əksini tapıb. Araşdırma, həmçinin xaricdə nağdlaşdırma və valyutalar arasında konvertasiya faizlərini də əhatə edir. Bundan əlavə, dollar valyutalı kartların gəlir qazandırma xüsusiyyətinə də toxunmuşuq.

Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022

Xaricdə istifadə etmək üçün qiymət baxımından ən sərfəli kartlarla siyahıdan tanış ola bilərsiniz.

Pulun kartda saxlanması və istifadəsi nə qədər rahat olsa da, bəzən nağdlaşdırmaya ehtiyac yaranır. Bu səbəbdən xarici bankların bankomatlarından nağdlaşdırma faizləri barədə məlumat əldə etməkdə fayda var.

Ən sərfəli kredit üçün müraciət et

Digər əsas məsələ kartın olduğu valyutadan fərqli valyutalarda alış-veriş zamanı tutulan komissiyadır. Bəzi banklarda valyutalar arası mübadilə əməliyyatları zamanı komissiya tutulmur. Bu zaman mübadilə bankın həmin günə olan məzənnəsinə əsasən konvertasiya olunur. Ziraat Bankda isə bu bankın öz məzənnəsi ilə deyil, Mərkəzi Bankın təyin etdiyi məzənnə ilə hesablanır.

Digər maraqlı məqam isə faiz gəlirinin hesablanmasıdır. Əksər banklarda bu funksiya yalnız AZN valyutalı kartlar üçün keçərlidir. Lakin bəzi bankların USD valyutalı kartlarında da bu imkanlardan istifadə edə bilərsiniz. Faizlər milli valyutalı kartlara nisbətən aşağıdır.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et