“Xalq” Bankın Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.
Bankdan bildiriblər ki, bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib. “Yubiley” filialı bankın ümumilikdə sayca 26-cı filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.
Filial Bakı şəhəri, Azərbaycan prospekti, 11, ünvanda yerləşir.