Word-də yanlışları düzəldib, təkrarların qarşısını alan yeni vasitə istifadəyə verildi | Banco.az

Word-də yanlışları düzəldib, təkrarların qarşısını alan yeni vasitə istifadəyə verildi

Windows 10-da Microsoft Word və Outlook üçün Microsoft Editor adlı yeni qrammatika vasitəsinin tətbiqinə başlanıb. Sözügedən vasitə süni zəka və maşın öyrənməsindən istifadə etməklə qrammatika və yazı səhvlərini aşkarlayır.

Daha əvvəl də Google sənədləri və Windows 10 üçün Microsoft Word-də qrammatika və orfoqrafiya yoxlama vasitələri vardı. Amma yeni tətbiq süni zəka ilə yoxlamalar aparacaq və yazılardakı aydınlıq, rəsmiyyət, səlislik yanlışlarını aradan qaldıracaq. Yenilik geopolitik istinadları da qeyd edəcək.

Microsoft Editor ilk olaraq Microsoft-un Insider proqramında insanların istifadəsinə verilib. Funksiya vasitəsilə hər hansı sözü seçib "Shift + F10" və ya "Alt + Down" düymələrini basdıqda sinonimləri ehtiva edən müxtəlif kəlmələr təklif olunacaq. Bu, yazıda təkrarların qarşısını alacaq.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram