“Women Bankers Club” un “Azərbaycan qadınının cəmiyyətdə rolu” haqqında növbəti görüşü keçirildi! | Banco.az

“Women Bankers Club” un “Azərbaycan qadınının cəmiyyətdə rolu” haqqında növbəti görüşü keçirildi!

21 aprel 2018-ci il tarixində “Women Bankers Club”un növbəti görüşü keçirildi. Görüşün budəfəki qonağı Xalq yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev oldu.

Tədbirin əsas məqsədi Azərbaycanın bank sektorunda çalışan qadın bankirlərini bir yerə toplayaraq cəmiyyətin vacib saydığı məsələlərin müzakirəsi idi.

Qadın bankirlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan qadınının  cəmiyyətdə, biznesdə, həmçinin ailədə rolu və bizim cəmiyyətə verə biləcəyi töhfəsi haqqında danışılıb. Xalq yazıçısı Çingiz Abdullayev tərəfindən mövzu ilə bağlı həyati məsləhətlər və tövsiyələr verilib, görüşün sonunda isə tədbir iştirakçıları arasında faydalı tanışlıqlar və  mövzu ətrafında fikir mübadilələri aparılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

“Women Bankers Club” (Qadın Bankirlər Klubu) yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəffəq olub.

Ən sərfəli krediti almaq üçün müraciət et