İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadı. Light Fidelity və ya Li-Fi adlanan bu texnologiya qlobal şəkildə Philips şirkəti tərəfindən istifadə edilməyə başladı. Philips şirkətinin Li-Fİ sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.
Li-Fi vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündü.
Bu texnologiyanın digər bir üstünlüyü işıqın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Buna əsasən 1 saniyədə 224 gb məlumatı ötürəcək qədər yüksək səviyyələrdə sürətlərə çatmaq mümkün oldu. Qısaca izah etsək, siz 1 saniyədə 20 film , və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz. Li-Fi texnologiyasının Wi-Fi'dən digər üstünlüyü odur ki, Wi-Fi dalğalarının problem olduğu ərazilərdə Li-Fi problemsiz işləyir və dalğaların gedib çata bilməyəcəyi yerləri asandlıqla internetlə təmin etmək mümkün olur. LED lampalar vasitəsilə yayılan internet dalğalar vasitəsilə yayılan internetdən daha təhlükəsizdir. Belə ki, Wi-Fi istifadə edərkən dalğalar kənar yerlərə də gedib çatır. Bu zaman ətrafdakı insanlar Wi-Fi şifrənizi qıraraq internetinizdən istifadə edə bilir. Amma Li-Fitexnologiyasında işıqlar divarları keçib başqa ərazilərə yayıla bilmədiyi üçün kənardan müdaxilə etmək olmur və bu da daha təhlükəsiz internet deməkdir.
Sizcə Li-Fi texnologiyası Wi-Fi'ni tamamilə əvəz edəcəkmi ?
technote.az