WhatsApp xəbərlərindən sonra Telegram istifadəçiləri nə qədər artdı? | Banco.az

WhatsApp xəbərlərindən sonra Telegram istifadəçiləri nə qədər artdı?

Tamara Mustafayeva, Banco.az

WhatsApp platformasının "Məxfilik Şərtləri"ni dəyişdirməsindən sonra Telegram tətbiqinin istifadəçi sayı 500 milyonu ötüb.

Hazırda dünya miqyasında əksər istifadəçilər WhatsApp tətbiqini mobil telefonlarından silməyə və əvəzinə başqa mesajlaşma tətbiqlərini endirməyə başlayıblar. İstifadəçilərin bu müddət ərzində ən çox maraq göstərdikləri platformalar isə Telegram və Signal olub.

Rusiyaya məxsus Telegram platforması da dünya miqyasında istifadəçi sayını böyük ölçüdə artırmağa müvəffəq olub. Şirkətdən edilən açıqlamaya görə aktiv istifadəçi sayı hazırda 500 milyonu ötüb.

Açıqlamada deyilir:

"Ötən 72 saat ərzində 25 milyon yeni istifadəçi platformaya qoşulub. Yarım milyon aktiv istifadəçisi ilə Telegram məxfilik və etibarlılıq axtaran istifadəçilər üçün ən düzgün seçimə çevrilib."

Şirkətin CEO-su Pavel Durovun sözlərinə görə, platformaya qoşulan yeni istifadəçilərin 38%-i Asiya, 27%-i Avropa, 21%-i Latın Amerikası, 8%-i Orta Şərq və Afrika regionun payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçi sayını artırmağa nail olsa da, Telegram platformasının hələ də WhatsApp ilə arasında çox böyük fərq mövcuddur. Belə ki, hazırda WhatsApp 2 milyard aktiv istifadəçi ilə bu sahənin aparıcısıdır.

Həmçinin oxu: WhatsApp-ı silmək istəyənlər hansı mesajlaşma tətbiqinə yönəldi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et