WhatsApp-ı silmək istəyənlər hansı mesajlaşma tətbiqinə yönəldi? | Banco.az

WhatsApp-ı silmək istəyənlər hansı mesajlaşma tətbiqinə yönəldi?

Tamara Mustafayeva, Banco.az

WhatsApp platformasının "Məxfilik Şərtləri"ni yeniləməsi ən çox Signal platformasına xeyir edib.

Mesajlaşma tətbiqləri hazırda milyonlarla insanın ən çox müraciət etdiyi ünsiyyət yaratma vasitəsidir. Bu tətbiqlərdən ən məşhuru isə Facebook şirkətinin sahib olduğu WhatsApp  platforması idi. Məlum olduğu kimi bir neçə gün əvvəl şirkət platformanın "Məxfilik Şərtləri"ni yeniləyəcəyinə dair istifadəçilərə müvafiq xəbərdarlıq etmişdi. Sözügedən xəbərdarlıqda istifadəçilərin platformadan istifadə etməyə davam etmək üçün WhatsApp məlumatlarının Facebook şirkətləri ilə bölüşdürülməsinə icazə verməsi, əks təqdirdə 8 fevral 2021-ci il tarixindən etibarən platformadan istifadə edə bilməyəcəkləri bildirilmişdi. Bu yenilənmə təbii ki, daha çox məlumatın Facebook tərəfindən toplanması, emalı və istifadəsi deməkdir. Odur ki, dünya miqyasında əksər istifadəçilər WhatsApp tətbiqini mobil telefonlarından silməyə və əvəzinə başqa mesajlaşma tətbiqlərini endirməyə başlayıblar.

İstifadəçilərin bu müddət ərzində ən çox maraq göstərdikləri isə Signal platforması olub. Bu marağın əsas səbəblərindən biri kimi İlon Maskın insanlara Signal istifadə etmələrini tövsiyə etməsi göstərilir.

Aparılan araşdırmalar WhatsApp platformasına əvəzedici kimi müraciət edilən tətbiqlərin içərisində Signal və Telegram-ın ilk pillələrdə olduğunu göstərir. WhatsApp-ın yaradıcıları tərəfindən hazırlanan Signal tətbiqi açıq mənbə kodlu interfeysi ilə diqqəti cəlb edir. Bu, sözügedən tətbiqin təkmilləşdirilmə imkanın olmasını və daxili quruluşu aydın göstərməsini təmin edir. App Store və Play Store üzrə statistikalar Signal tətbiqinə marağın necə artdığını göz önünə sərir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp yenilənmə ilə bağlı AÇIQLAMA etdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et