WeWork-a yeni CEO təyin edildi | Banco.az

WeWork-a yeni CEO təyin edildi

“The Wall Street Journal” xəbər verir ki, “WeWork”un yeni icraçı direktoru daşınmaz əmlak bazarının veteranı Sandip Matranidir. O, daha əvvəl “Brookfield Properties Retail”a rəhbərlik etmişdir. Fevralın 18-də isə rəsmi olaraq yeni vəzifəsinə başlayacaq. Matraninin təyinatına qədər CEO vəzifələrini müvəqqəti olaraq Arti Minson və Sebastian Qanninqam yerinə yetirirdi. Onlar sentyabr ayında şirkətdən qalmaqallar fonunda ayrılan Adam Nyumanın səlahiyyətlərini öz üzərlərinə götürməli olmuşdular.

Həmçinin oxu: Dünyanın prezidenti olmaq kimi arzuları olan Adam Nyuman haqqında maraqlı məqamlar

Nyumandan fərqli olaraq Matraninin texnologiya ilə heç bir əlaqəsi yoxdur və keçmişdə yalnız daşınmaz əmlakla məşğul olub. Bu vaxta qədər baş icraçı direktoru olduğu “Brookfield Property Partners” beynəlxalq şirkəti 2017-ci ildə 84 milyard dollar dəyərində aktivlərə sahib idi. Hal-hazırda şirkətin bazar kapitallaşması 17,5 milyard dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər qeyd edirlər ki, daşınmaz əmlak mütəxəssisi Matraninin bu vəzifəyə təyin edilməsi şirkətin mövqeyində dəyişiklik yarada bilər. Yanvar ayında CNBC “WeWork”un bəzi texnologiya aktivlərini satdığını yazmışdı.

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər

Daha əvvəl “WeWork” şirkətinin CEO-su vəzifəsinin “T-Mobile” simsiz rabitə operatorunun rəhbəri Con Lecerə təklif edildiyi bildirilir. Keçmiş rəhbər Adam Nyuman “SoftBank”dan “WeWork”dakı payına görə 1 milyard dollar, konsultasiyalara görə 700 milyon dollar, həmçinin 500 milyon dollar kredit alacaqdır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et