Wall Street - ABŞ-da, Nyu-York şəhərinin Manhetten kvartalının cənubunda yerləşən küçədir.
Bura, həmçinin, dünyanın maliyyə mərkəzi adlanır. Çünki, ABŞ-ın və düyanın iki nəhəng birjası – Nyu-York Fond Birjası və Nasdaq burada yerləşir. Bunlar təkrar qiymətli kağızlar bazarıdır, yəni əvvəlcədən buraxılmış səhmlər və qiymətli kağızlar burada bazarın iştirakçıları tərəfindən yenidən alınıb satılır.
Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir.
Burada hər gün yüzlərlə birja əməliyyatları həyata keçirilir.