“VTB Bank” ödənişlərini “AtaBank” vasitəsilə həyata keçirə bilər | Banco.az

“VTB Bank” ödənişlərini “AtaBank” vasitəsilə həyata keçirə bilər

“VTB Bank (Azerbaijan)” Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması ehtimalında ödənişlərini “AtaBank” ASC vasitəsilə həyata keçirə bilər. Bu barədə məlumatda sözlərinə istinad edilən “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır. Bankın ekspertləri qlobal operatorun bəyanatının buna əsas gətirir. Əgər Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, “Bank VTB (Azerbaijan)” öz ödənişlərini bankın 49% səhmlərinə sahib olan “AtaHolding” ASC-nin tərkibindəki “AtaBank” vasitəsilə həyata keçirə bilər”, - deyə Y.Yakovlev qeyd edib.

Beynəlxalq bank məlumatları mübadiləsi sistemi olan SWIFT ona göstərilən siyasi təzyiqə görə Rusiyanı öz xidmətlərindən kənarlaşdırmaq niyyətində olmadığını rəsmən bəyan edib. SWIFT öz bəyanatında xatırladır ki, bu, Belçika qanunvericiliyinin tabeçiliyində olan neytral qlobal operatordur. Şirkət bəyan edir ki, Rusiyanın beynəlxalq bank məlumatları mübadiləsi sistemindən kənarlaşdırılması barədə Avropa Parlamentinin tövsiyələri SWIFT-in hüquqlarını pozur və onun nüfuzuna ciddi ziyan vurur.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda 210 ölkənin 10 mindən artıq maliyyə təşkilatının qoşulduğu SWIFT şəbəkəsi vasitəsi ilə gün ərzində $6 trln.-dan çox həcmdə ödəniş aparılır: Rusiya SWIFT sistemindən istifadə edənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

interfax.az

Ən sərfəli krediti almaq üçün müraciət et