"Volkswagen" bu sahəyə 101 milyard dollar investisiya yatıracaq | Banco.az

"Volkswagen" bu sahəyə 101 milyard dollar investisiya yatıracaq

Tamara Mustafayeva, Banco.az

"Volkswagen" texnologiya sahəsinə 101 milyard dollar həcmində investisiya yatıracaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, alman avtomobil istehsalçısı "Volkswagen" şirkəti "Tesla" ilə aralarındakı mövcud texnologiya üstünlüyünü azalmaq və "Toyoto" kimi rəqiblərini geridə qoymaq məqsədilə növbəti 5 il ərzində yeni texnologiyalara 89 milyard avro (101 milyard dollar) sərmayə qoyacaq.

"Volkswagen" rəsmiləri dünən baş tutan şirkətin müşahidə şurasının iclasında açıqlama edərək elektromobillər və proqram təminatı kimi gələcək texnologiyaları üzrə nəzərdə tutulan xərclərin ilk dəfə ümumi xərclərin yarısına çatacağını bildiriblər.

Qeyd edək ki, bu göstərici yeni texnologiyalara keçidi sürətləndirmək istəyən və 2026-cı ildə ümumi satış həcminin dörddə birinin elektromobillərin payına düşəcəyini proqnozlaşdıran şirkətin ötən il xərclədiyi məbləğdən 73 milyard dollar daha çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et