Visa və Mastercard: ralli sona çatdı | Banco.az

Visa və Mastercard: ralli sona çatdı

Böyük ödəmə şəbəkələri olan Visa (NYSE:V) və Mastercard (NYSE:MA), öz səhmdarları üçün yaxşı bir iş ərsəyə gətiriblər. Banco.az xəbər verir ki, Hər iki şirkətin səhmləri, bu il üçün aparıcı indekslərin dinamikasını keçib. Son beş ilin nəticələrinə nəzər yetirsək, iki şirkətin səhmləri 50 %-li S&P 500 indeksi ilə müqayisədə 150%-dən çox artıb.

Həmçinin oxu: Səhmlər, səhm nədir?

Visa və Mastercard-ın əldə etdiyi uğurları, görməmək mümkün deyil.Onların maliyyə bazarında olan gərginliyə baxmayaraq, dominant mövqeyə malik olması və nəğd pul vəsaitlərindən elektron pulllara keçməsi təqdirə layiqdir. Hər iki şirkət, ABŞ-da qeyd olunan güclü istehlak xərcləri və böyüyən dünya iqtisadiyyatının fonunda, uğurla fəaliyyət göstərərək, uğurlu nəticələ imza atıblar.

Həmçinin oxu: Nağdsız qaliblər: Visa & Mastercard

Visa maliyyə ilini, ikiqat artan transaksiya və ödənişlərin sayəsində, rekord gəlir və mənfəət göstəriciləri ilə başa vurub. Mastercard isə, analitiklərin gözləntilərini qabaqlayaraq, keçən ildə qeyd edilən göstəricini 33% yüksəldərək, gəlirlərini artırmağa nail olub. 

Ən sərfəli kredit üçün müraciət et

Amma onların səyahətinin, növbəti pilləsi elə də, asan olmayacaq. Çünki hal-hazırda, 2018-ci ildən fərqli olaraq; dünya iqtisadiyyatında ABŞ və Çində ticari münaqişəsinin makroiqtisadiyyat mühitinə xoş olmayan təsiri müşahidə olunur. Makromühitdə gərginlik sezilir və səhmlər artma tempini qoruya bilməyəcəkləri belə fərziyyə edilir.

Belə bir qeyri-müəyyən proqnoz, artıq səhmdarların narahatçılığına səbəb olaraq, səhmlərin sayının azalmasında da, özünə biruzə verdi. Məsəl üçün, Visa oktyabrda göstərdiyi pik göstəricidən sonra, 8% aşağı düşüb. Avropa bazarında, aktiv fəalliyət göstərən Mastercard isə oktyabr maksimumundan sonra 12% aşağı düşüb. 
Makroiqtisadi təzyiq davam edərsə, istehlak xərcləri artacaq. Bu riskləri nəzərə alsaq, səhmdarların gəlirin fiks etməsi daha məqsədə uyğun kimi görünür. 
Bütün bu qeyri-müəyyənlik içərisində, 5 illik rallidən sonra, hər iki şirkətin səhmləri baha qiymətə olduğu nəzərə çarpır. Visa və Mastercard səhmlərinin illik gəlirinin, bir səhminin dəyərinə olan nisbətinin göstəricisi 35-dir. Qeyd edək ki, bu “rəqəm” hər iki şirkətin 10 il ərzində göstərdiyi ortalama nəticədən daha artıqdır. 

Bununla belə, hər iki şirkət maliyyə bazarına uyğun zamanda daxil olamaq istəyən, uzunömürlü səhmdarlar üçün əla aktivdir. Ödəniş prosesləri üzrə formalaşan bazarın 90% məhz Visa ilə Mastercard-ın payına düşür. Şəbəkələri üzrə həyata keçən hər transaksiya əməliyyatına görə iki şirkət komissiya belə götürmək imkanlarına malikdirlər. Yəni, yeni startapların səylərinə baxmayaraq, bu tip “iqtisadi xəndəyin"; yaxın zamanlarda itməyəcəyini belə iddia etmək olar. 

Səhmdarların mükafatlandırılmasına gəldikdə isə, hər iki şirkət simicliyə yol vermir. Visa və Mastercard şirkətləri, mütaəmadi olaraq, dividendlər ödəyərək, hətta səhmlərinin alınması üçün şəxsi proqramlara belə sahibdirlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et